Əsas Səhifə > Aktual > Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı


17-11-2021, 14:19
Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

..Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 800 000 manat ayrılıb.

Rubrika.az
Geri qayıt