Əsas Səhifə > Hadisə > Sumqayıtda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar edilib
Sumqayıtda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar edilib17-11-2021, 15:34 |
![]() ..Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib. Reydlər zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb. Rubrika.az Geri qayıt |