Əsas Səhifə > Siyasət > Ermənistandan Rusiyaya şok: “Əgər bizə kömək etməsəniz, onda...”

Ermənistandan Rusiyaya şok: “Əgər bizə kömək etməsəniz, onda...”


17-11-2021, 16:23
Ermənistandan Rusiyaya şok: “Əgər bizə kömək etməsəniz, onda...”

..“Ermənistan hakimiyyəti strateji tərəfdaş kimi Rusiyanın Ermənistan-Azərbaycan sərhədindəki problemlərin həllinə yardım edəcəyini gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Kommersant”a açıqlamasında deyib.

O, dünən 1997-ci il sazişi çərçivəsində Moskvaya müraciət edərkən İrəvanın hansı yardıma ümid bəslədiyi sualına da cavab verib.

“Ermənistan və Rusiya 1997-ci ildə belə hallarda bir-birinə kömək etmək barədə razılığa gəliblər. Buna görə biz Rusiyaya üz tutduq”.

İrəvanın Moskvadan ilk növbədə hansı yardım - hərbi, yoxsa diplomatik - gözlədiyini soruşduqda o, belə cavab verib: “Biz bu problemin diplomatik yolla həllinin tərəfdarıyıq. Amma bunu diplomatiya yolu ilə həll etmək mümkün deyilsə, o zaman problemi hərbi yolla həll etmək lazımdır”.

Onun sözlərinə görə, Moskvadan kömək olmadığı halda, “İrəvan kömək üçün digər beynəlxalq tərəfdaşlara müraciət edə bilər: “Həll yolu tapılmasa, o zaman biz başqa imkanları nəzərdən keçirəcəyik”.

“Rusiya tərəfinin fəal iştirakı sayəsində hərbi əməliyyatlar dayandı, amma problem həll olunmadı”, - Qriqoryan əlavə edib.


Rubrika.az
Geri qayıt