Əsas Səhifə > Manşet > Nazir və onun komandası — 44 günlük müharibə, polisin artan nüfuzu bu sahədə yeni dönəmin başlanmasından xəbər verir
Nazir və onun komandası — 44 günlük müharibə, polisin artan nüfuzu bu sahədə yeni dönəmin başlanmasından xəbər verir17-11-2021, 22:28 |
|
Vilayət Eyvazov: "Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfəri isə yaralanıb" Böyük qələbəmizin ildönümünü qeyd etdiyimiz bu möhtəşəm günlərdə hər tərəfdən təzyiqlərin, təhdidlərin hədəfində olan ölkəmizdə siyasi sabitliyin, təhlükəsizliyin təmin olunmasında Azərbaycan polisinin müstəsna əməyi danılmazdır. Dövlətə və xalqa sədaqətini dəfələrlə öz canı, qanı bahasına sübuta yetirən qəhrəman polislərimiz bu gün işğaldan azad olunan torpaqlarımızda uğurla xidmət aparır. Hər an gözlənilən düşmən təxribatının, terrorunun qarşısının alınması üçün ayıq-sayıq dayanan polislərimiz vətənə, xalqa şərəflə xidmətin yeni səhifələrini yazırlar. 44 günlük Vətən müharibəsi dövründə istər ön cəbhədə, istərsə də arxa cəbhədə polis orqanlarının misilsiz fədakarlığı, öz vəzifə borcunu layiqincə yerinə yetirməsi böyük qələbəmizin təməl daşlarından biridir. Vilayət Eyvazov bildirib ki, Vətən müharibəsində göstərdikləri şücaətə görə Ali Baş Komandanın müvafiq sərəncamları ilə 4 hərbi qulluqçu "Vətən Müharibəsi Qəhrəmanı", 985 nəfəri isə müxtəlif orden və medallarla təltif edilib: "Müharibədən sonrakı ötən bir il ərzində şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilib, qazilərimiz diqqət mərkəzində saxlanılır". Torpqlarımızın azadlığı uğrunda canından keçmiş yüzlərlə polis əməkdaşının xatirəsini uca tutan həmkarları bu çətin və şərəfli günlərdə mümkün olandan artıq fədakarlıq göstərdilər. Bütün həyatı Azərbaycan dövlətinə və xalqına sədaqətli xidmət səlnaməsi olan cənab Vilayət Eyvazov polis sistemində tamamilə yeni bir mərhələnin qurucusudur. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, Prezident İlham Əliyevn başçılığı ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi davamı olaraq bu gün polis sistemində mahiyyətcə yeni dönəm başlanıb. Cənab nazir Vilayət Eyvazovun təyinatından sonra polis orqanlarında başlanan müsbət tendensiyalar hər gün artır. Polisin cəmiyyətdə durmadan artan nüfuzu, sistemə yeni qəbulun tam şəffaf şəkildə aparılması,layiqli şəxslərin polis orqanlarına qəbulu göz önündədir. V.Eyvazovun bütün həyatı xalqa,dövlətə və liderə şərəfli sədaqət simvoludur. O ən çətin məqamlarda-dövlətiə qarşı xain qüvvələrin məkrli planlarını reallaşdırmaq istəyəndə öz sədaqətini sübut edib. Öz həyatını belə riskə ataraq dövlətçiliyin qorunması üçün şanlı səhifələr yazıb. Vilayət Eyvazov Azərbaycan polisinin şərəf səlnaməsi,cəsurluq simvoludur. Təsadüfi deyil ki, bu gün onun rəhbərliyi altında hüquq mühafizə orqanları daha böyük məsuliyyətlə fəaliyyət göstərirlər. Vətən müharibəsindən sonra yüzlərlə qəhrəman qazinin polis sistemində işlə təmin olunması cənab nazirin bu sahəyə nə qədər həssas münasibətinin göstəricisidir. Təbii ki, polis sistemində görülən böyük işlər peşəkar bir komandanın gərgin əməyinin nəticəsidir. V.Eyvazovun layiqli kadrlara etimad göstərməsi, onları görəvləndirməsi bu gün öz bəhrələrini verməkdədir. . DİN birinci müavini, polis general-leytnantı Seyfulla Əzimovun keçdiyi xidmət yolu hər bir polis əməkdaşı üçün örnəkdir. Təsadüfi deyil ki, məhz V.Eyvazovun nazir təyinatından sonra boş qalan müavin postuna S.Əzimovun təyinatı onun rəhbərlik tərəfindən yüksək etimada layiq olduğunun göstəricisidir. Məhz bu məsuliyyətin, sədaqətin nəticəsidir ki, Azərbaycan polisi bütün sahələrdə örnək sayıla biləcək fəaliyyət göstərir. DİN-də son dövrlər aparılan kadr təyinatları da ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğuran cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin icrasına şübhəsiz ki, öz töhfəsini verəcəkdir. Hüquq-mühafizə orqanları əməkdaşlarının gərgin əməyi nəticəsində ölkəmizdə cinayətkarlı\a qarşı sərt və amansız mübarizə aparılır. Beynəlxalq cinayət şəbəkələrinin, eləcə də kriminal qruplaşmaların ölkəmiz üzərindən həyata keçirmək istədiyi əməllərin qarşısı alınır, kriminogen vəziyyət daima nəzarətdə saxlanılır. Bu sahədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin operativ fəaliyyətini qeyd etməmək olmaz. Xüsusilə İdarənin rəisi Əbülfət Rzayevin peşəkarlığı,işi günün tələbləri səviyyəsində qurması bu gün cinayətkarlığa qarşı mübarizədə yeni uğurlara yol açır. Keçirilən uğurlu əməliyyatlar cinayətkar şəbəkələrin fəaliyyətini iflic edib. Ə.Rzayevin uğurlu fəaliyyəti nəticəsində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində böyük nailiyyətlər qazanılıb. İdarənin xidməti fəaliyyətində prioritet istiqamətlərdən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində dövlət başçısının qarşıya qoyduğu vəzifələr çox yüksək səviyyədə həyata keçirilir. Müraciət edən hər bir vətəndaş İdarədə qəbul edilir və probleminin həlli təmin olunur. Ə.Rzayevin peşəkarlığı polis-vətəndaş münasibətlərini ən üst səviyyəyə gətirib, İdarədə işgüzar mühit formalaşdırıb. Məhz bütün bunların nəticəsində ölkəmizdə ictimai-siyasi sahədə asayişin yüksək səviyyədə qorunması təmin edilib. Dünyanın sınağa çəkildiyi pandemiya dönəmində Azərbaycan polisinin üzərinə böyük məsuliyyət qoyulmuşdu- o həm ölkə ərazisində cinayətkarlıqla mübarizə aparmalı idii, eyni zamanda ictimai asayişi də qorumalı idi. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Azərbaycan polisi bu vəzifənin öhdəsindən layiqincə gəlməklə bir daha öz peşəkarlığını və şücaətini sübut etdi. Rubrika.az saytı olaraq hər zaman qəhrəman polislərimizin gərgin əməyini, gördükləri işləri işılaqlandırmışıq. Bunu həm də özümüzə bir vətəndaş borcu hesab edirik. Çünki bəziləri öz çirkin məqsədlərini reallaşdırmaq üçün yeri gəldi-gəlmədi daxili işlər orqanlarına, polis əməkdaşlarına şər-böhtan atmaqdan belə çəkinmirlər. Biz belə məqamlarda həmişə polislərimizin müdafiəsinə qalxmışıq. Bizi qoruyanların da hərdən haqsız hücumlardan qorunmasına ehtiyac yaranır. Media mənsubu olaraq belə məqamlarda qəhrəman polislərimizin yanında olmağa çalışmışıq. İstəmişik ki, dar günün dostu olaq. Gen gündə ulduzlara mədhiyyələr oxuyanlar onsuz da çox olur! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |