Əsas Səhifə > Təhsil > DSX Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb
DSX Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb18-11-2021, 10:57 |
|
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının kursantının intiharı ilə bağlı cinayət işi açılıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, DSX Akademiyasının kursantı, 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmış və hazırda istintaq aparılır. Rubrika.Az Geri qayıt |