Əsas Səhifə > Cəmiyyət > DSX-nin kursantı İNTİHAR ETDİ - YENİLƏNİB
DSX-nin kursantı İNTİHAR ETDİ - YENİLƏNİB18-11-2021, 12:42 |
![]() Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantı 2003-cü il təvəllüdlü Nəbiyev Telman Elman oğlunun 17 noyabr 2021-ci il tarixdə intihar etməsi faktına görə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda istintaq aparılır. *** 09:59 Noyabr ayının 17-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının 2-ci kursunda təhsil alan kursant Nəbiyev Telman Elman oğlu naməlum səbəbdən özünü asaraq intihar edib. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, hadisə ilə əlaqədar DSX və Hərbi Prokurorluq orqanları tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir. RUBRIKA.AZ Geri qayıt |