Əsas Səhifə > Cəmiyyət > Agentlik sədrindən əlilliyi olan şəxslərə ÇAĞIRIŞ
Agentlik sədrindən əlilliyi olan şəxslərə ÇAĞIRIŞ19-11-2021, 12:03 |
|
..“Son aylarda 21 təlim həyata keçirilib, bu təlimə 736 əməkdaş cəlb edilib. Əməkdaşlar arasında yerli və xarici mütəxəssislər var. Kadr potensialının gücləndirilməsi ilə bağlı tədbirlər görülür”. Rubrika.a Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib. O bildirib ki, bununla bağlı xarici şirkətlə müqavilə bağlanılıb: “Romatem” şəbəkəsində daxili treninqlərə bizim bütün reabilitasiya mərkəzləri qoşulub. Bu da bizim həkimlərimizin, tibb bacılarının tibbi biliklərinin artırılmasına yönəlib. Ümumiyyətlə biz reabilitasiyaya əlavə xərc kimi yanaşmırıq. Bu, bir investisiyadır. Vətəndaşların sağlamlığı ilə yanaşı, gələcəkdə dövlətin, eləcə də vətəndaşın yükünün artımın qarşısının alınmasına yönələn reabilitasiyadır. Bir daha Azərbaycanda əlilliyi olan şəxsləri onlayn qaydada növbəyə yazılmaqla reabilitasiya proseslərində iştiraka səsləyirəm”. Rubrika.az Geri qayıt |