Əsas Səhifə > İdman > Karate millimiz dünya çempionatında yaponlara rəqib oldu

Karate millimiz dünya çempionatında yaponlara rəqib oldu


19-11-2021, 12:54
Karate millimiz dünya çempionatında yaponlara rəqib oldu

..BƏƏ-nin Dubay şəhərində keçirilən karate üzrə dünya çempionatında kişi kumite millimiz daha bir komandaya qalib gəlib.

Oxu.Az-ın xəbərinə görə, Rafael Ağayev, Tural Ağalarzadə, Pənah Abdullayev, Asiman Qurbanlı, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət millimiz bu gün Hindistana 3:0 hesabı ilə qalib gəlib.

Komandamız növbəti mərhələdə karatenin vətəni sayılan Yaponiya təmsilçiləri ilə qarşılaşacaq.

Qeyd edək ki, komandamız dünən Xorvatiya ilə heç-heçə (2:2) sayəsində növbəti mərhələyə vəsiqə qazanıb.

Rubrika.az
Geri qayıt