Əsas Səhifə > Cəmiyyət > Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib

Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib


19-11-2021, 15:27
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib

..Xaçmazda Azərbaycan Prezidentinin sərəncamlarına əsasən təltif edilən bir qrup hərbi qulluqçuya medalları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının qatıldığı mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb.
Şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhid anaları ilə birlikdə Vətən müharibəsi iştirakçılarına təltif olunduqları medalları təqdim edib.

Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edibXaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib
Xaçmazda Vətən müharibəsi iştirakçılarına medalları şəhid anaları təqdim edib

Rubrika.az
Geri qayıt