Əsas Səhifə > Dünya > Fransada pandemiyanın beşinci dalğası elan edildi
Fransada pandemiyanın beşinci dalğası elan edildi22-11-2021, 09:47 |
|
Fransada koronavirusun beşinci dalğası sürətlə başlayıb. Bunu ölkənin Nazirlər Kabinetinin təmsilçisi Qabriel Attal bəyan edib. O, “Europe 1” radiosunun efirində son həftə ərzində yeni yoluxma sayının 80% artdığını bildirib. Attalın sözlərinə görə, Fransada hər gün orta hesabla 17 min yeni COVID xəstəsi aşkar olunur. Rubrika.Az Geri qayıt |