Əsas Səhifə > Səhiyyə > Gürcüstanda daha 1 851 nəfərdə koronavirus aşkarlanıb - 55 nəfər ölüb

Gürcüstanda daha 1 851 nəfərdə koronavirus aşkarlanıb - 55 nəfər ölüb


22-11-2021, 11:14
Gürcüstanda daha 1 851 nəfərdə koronavirus aşkarlanıb - 55 nəfər ölüb

Gürcüstanda ötən sutkada daha 1 851 nəfərə koronavirus diaqnozu qoyulub, 55 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 814 097-yə, ölənlərin sayı isə 11 553-ə yüksəlib.

Son 24 saat ərzində 5 530, ümumilikdə isə 755 229 nəfər müalicə olunaraq sağalıb.

Rubrika.az
Geri qayıt