Əsas Səhifə > Aktual > Şahdəniz 2-də daha bir quyudan hasilata başlanılıb
Şahdəniz 2-də daha bir quyudan hasilata başlanılıb22-11-2021, 13:58 |
|
.."Şahdəniz 2" yatağının şimal cinahında beşinci quyudan hasilata başlanılıb. bp-dən Milli.Az-a verilən məlumata görə, bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur: "Mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir. 2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib", - bp qeyd edir. Rubrika.az Geri qayıt |