Əsas Səhifə > Siyasət > Azay Quliyev Yunanıstanda müzakirələr aparacaq

Azay Quliyev Yunanıstanda müzakirələr aparacaq


22-11-2021, 16:19
Azay Quliyev Yunanıstanda müzakirələr aparacaq

..Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev noyabrın 22-dən Yunanıstanın Afina şəhərində səfərdə olacaq.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, səfər çərçivəsində Azay Quliyevin ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi mandatı çərçivəsində Yunanıstanın dövlət və hökumət rəsmiləri, həmçinin yunan parlamentində bir sıra görüşləri nəzərdə tutulur.

Görüşlərdə Cənub-Şərqi Avropa regionunda parlament ölçüsü çərçivəsində dialoq və əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunacaq.

Azay Quliyev Yunanıstanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri və Yunanıstanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşüb qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparacaq.


Rubrika.az
Geri qayıt