Əsas Səhifə > Dünya > Ərdoğan: “Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək”
Ərdoğan: “Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək”23-11-2021, 15:30 |
|
“Türkiyədə növbədənkənar prezident seçkiləri olmayacaq”. Bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatları sədrlərinin genişləndirilmiş toplantısında bildirib. “Növbəti seçkilər 2023-cü il iyun ayında keçiriləcək”, - o vurğulayıb. Qeyd edək ki, Türkiyə müxalifəti növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. R.T.Ərdoğan əvvəllər də bir neçə dəfə ölkədə növbədənkənar seçkilərin olmayacağını bəyan edib.(report) RUBRİKA.AZ Geri qayıt |