Əsas Səhifə > Səhiyyə > Dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin 70%-i 10 ölkəyə gedib

Dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin 70%-i 10 ölkəyə gedib


24-11-2021, 10:07
Dünyada koronavirusa qarşı hazırlanan peyvəndlərin 70%-i 10 ölkəyə gedib

“Vaksinlərin qlobal paylanmasında şokedici balanssızlıq qalmaqdadır. Ümumilikdə dünyada 7,3 milyard dozadan çox peyvənd istifadə olunub, lakin bunun təxminən 70%-i yalnız 10 ölkəyə gedib”.

RUBRİKA.AZ “Report”a istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

O qeyd edib ki, hazırda dünya sakinlərinin demək olar ki, 40%-i tam peyvənd olunub, amma Afrikada bu rəqəm cəmi 6 faiz təşkil edir.

Onun sözlərinə görə, eyni bərabərsizlik koronavirus testlərinin əldə edilməsində də müşahidə olunur. Baş direktor ilin sonuna kimi bütün ölkələrdə əhalinin ən azı 40%-nin peyvənd olunmasına nail olmaq üçün ÜST-nin qarşıya qoyduğu vəzifəni xatırladıb. Onun sözlərinə görə, bunun üçün 11 milyard doza vaksin lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 256 966 237 nəfər koronavirusa yoluxub, müalicə alan 5 151 643 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

RUBRİKA.AZ
Geri qayıt