Əsas Səhifə > Maraqlı > Gələn il Bakı metrosunda YENİIİK OLACAQ
Gələn il Bakı metrosunda YENİIİK OLACAQ24-11-2021, 14:32 |
|
..Gələn il Rusiyadan Azərbaycana daha dörd yeni metro qatarı gətiriləcək. Bunu Milli.Az-a açıqlmasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, həmin qatarların gətirilməsi gələn ilin yayın sonuna qədər başa çatdırılacaq və tənzimləmə-sınaq işlərindən sonra xəttə buraxılacaq. "2019-cu ildə Rusiyanın "Metrovaqonmaş" müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən 3 il ərzində hər il metropolitenə 20 vaqon və ya 4 qatar tərkibi gətirilməsi nəzərdə tutulub. Ötən illərdə sifariş vaxtında yerinə yetirilib. Gələn il də mütləq şəkildə 4 qatar gətiriləcək. Hazırda texniki şərtlərin hazırlanması istiqamətində işlər aparılır. Gələn ilin əvvəlindən bu şərtlər istehsalçı ilə müzakirə olunacaq və Bakı Metropoliteninin tələblərinə uyğun həmin qatarların istehsalına başlanılacaq", - B.Məmmədov deyib. Rubrika.az Geri qayıt |