Əsas Səhifə > Hadisə > Hacıqabul və Göygöl rayonlarında yol-nəqliyyat hadisələri baş verib

Hacıqabul və Göygöl rayonlarında yol-nəqliyyat hadisələri baş verib


24-11-2021, 14:53
Hacıqabul və Göygöl rayonlarında yol-nəqliyyat hadisələri baş verib

..Hacıqabul şəhəri ərazisində yolu keçən rayon sakini Ramin İsmayılov Şəmkir rayon sakini A.Bürcəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər oxşar hadisə Göygöl rayonunda baş verib. Göygöl rayonunun Qızılca kəndi ərazisində yolu keçən 40-45 yaşlı qadın müəyyənləşməmiş avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt