Əsas Səhifə > Səhiyyə > Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO24-11-2021, 16:49 |
|
..Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ötən gün 34 474 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 418, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 827 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 363 317, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 059 543, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 538 992, buster doza üzrə vaksinasiya olunanların sayı isə 764 782 təşkil edir. Rubrika.az Geri qayıt |