Əsas Səhifə > Cəmiyyət > Təhsildə Keyfiyyət Təminatı Agentliyi məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edir
Təhsildə Keyfiyyət Təminatı Agentliyi məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edir26-11-2021, 11:24 |
![]() ..Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edir. Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Vakansiya üzrə müraciət etmək istəyən namizədlərə verilən tələblər: - Ali təhsil; - Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər; - Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); - Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; - Yüksək səviyyədə Azərbaycan dili biliyi; - “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı; - Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı; - Analitik, strateji düşünmə və problem həlletmə bacarığı; - Monitorinq və qiymətləndirmə bacarığı; - Təşkilatçılıq, komandada işləmə bacarığı; - Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı; - Minimum yaş həddi - 30 yaş. Vakansiyanın üstünlükləri: - Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası; - Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak; - Özünüinkişaf və karyerada yüksəliş imkanı; - Yüksək əməkhaqqı. Vakansiya üzrə seçilən namizədlər tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00) və ya xidməti müqavilə əsasında sərbəst qrafiklə işləyəcək. Namizədlər CV-lərini dekabrın 10-dək TKTA-nın saytında verilən keçid vasitəsilə göndərə bilərlər. Rubrika.az Geri qayıt |