Əsas Səhifə > Maraqlı > Polşada 40 min ildən çox yaşı olan zinət əşyası tapılıb

Polşada 40 min ildən çox yaşı olan zinət əşyası tapılıb


26-11-2021, 14:47
Polşada 40 min ildən çox yaşı olan zinət əşyası tapılıb

..Alimlər Polşanın Steinja mağarasında elmə məlum olan ən qədim zinət əşyalarını tapıblar.

Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, tapıntının təsvirini "Scientific Reports" elmi jurnalı dərc edib.

Nəşr qeyd edib kİ, tapılan fil sümüyü kulonunun 41,5 min ildən çox yaşı var.

"Bu zinət əşyası o dövrdə yaşamış insanların qeyri-adi yaradıcılığından, eləcə də alətlərlə işləmə bacarığından xəbər verir", - məqalənin müəlliflərindən biri, Vroslav Universitetinin tədqiqatçısı Violetta Novaçevska bildirib.

Alimlərin qənaətincə, fil sümüyü kulonu son paleolit ​​dövrünə aiddir.

"Bu kulon dünyada elmə məlum olan ən qədim zinət əşyası hesab edilə bilər. Məlum olub ki, bu artefaktlar o zamanlar nəsli kəsilmiş neandertallar tərəfindən deyil, Avropanın ilk kromanyonları tərəfindən hazırlanıb", - Novaçevska vurğulayıb.

Rubrika.az
Geri qayıt