Əsas Səhifə > Dünya > Dövlət çevrilişi olacağına dair məlumat almışıq - Zelenskidən şok

Dövlət çevrilişi olacağına dair məlumat almışıq - Zelenskidən şok


26-11-2021, 16:01
Dövlət çevrilişi olacağına dair məlumat almışıq - Zelenskidən şok

..Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-də ölkədə dövlət çevrilişi olacağına dair kəşfiyyat məlumatı əldə etdiklərini bəyan edib.

Rubrika.az Teleqraf.com-a əsasən məlumat verir ki, Prezident Zelenski bu gün verdiyi açıqlamada bildirib ki, Ukrayna kəşfiyyatına dekabr ayında Rusiyanın iştirakı ilə dövlət çevrilişi ediləcəyinə dair informasiya daxil olub.

O əlavə edib ki, Ukrayna Rusiya ilə gərginliyin inkişafı ssenarisinə hazırdır: “Dekabrın 1 və 2-də ölkəmizdə bir dövlət çevrilişi olacağına dair məlumat almışam”.


Rubrika.az
Geri qayıt