Əsas Səhifə > Səhiyyə > COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı


26-11-2021, 16:24
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı ..Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 893 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 935 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 426 930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 067 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 549 652, buster doza üzrə vaksinasiya olunanların sayı isə 809 845 təşkil edir. Rubrika.az
Geri qayıt