Əsas Səhifə > Təhsil > Distant təhsilə keçən liseyin karantin müddəti uzadıldı
Distant təhsilə keçən liseyin karantin müddəti uzadıldı29-11-2021, 10:33 |
|
..Koronavirusa görə noyabrın 12-də distant tədrisə keçən Məktəb Lisey Kompleksinin karantin müddəti uzadılıb. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında, təhsil müəssisəsi dekabrın 3-nə qədər distant formada fəaliyyət göstərəcək. Xatırladaq ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğundan komplekdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunmuşdu. Rubrika.az Geri qayıt |