Əsas Səhifə > Maraqlı > Əziz Səncər Azərbaycana gəlir

Əziz Səncər Azərbaycana gəlir


29-11-2021, 11:32
Əziz Səncər Azərbaycana gəlir

..Kimya üzrə Nobel mükafatı laureatı, türk əsilli Əziz Səncər Azərbaycana gəlir.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, dünya şöhrətli alim dekabrın 1-3-də Bakıda keçiriləcək UNEC İqtisadi Forumda iştirak edəcək.

Ə.Səncər tədbirin “Post-pandemiya dövründə elm və təhsil” adlı II panelində çıxış edəcək.

Qeyd edək ki, 5 panel üzrə 30-dək, o cümlədən 20-yə qədər nüfuzlu xarici spikerlərin çıxış edəcəyi forumun ana devizi “Zəfər Yolu”dur. Eyni zamanda Nobel mükafatı laureatları, dünyanın tanınmış iqtisadçıları ilə xüsusi müzakirələr və gənc alimlərin və Beynəlxalq Elm Olimpiadaların qalibi olan şagirdlərin görüşləri, yeni kitabların təqdimatları, sərgilər və başqa maraqlı tədbirlər nəzərdə tutulub.


Rubrika.az
Geri qayıt