Əsas Səhifə > Hadisə > Balakəndə koronavirus xəstəsi bazarda alver edərkən aşkarlanıb

Balakəndə koronavirus xəstəsi bazarda alver edərkən aşkarlanıb


29-11-2021, 12:56
Balakəndə koronavirus xəstəsi bazarda alver edərkən aşkarlanıb

..Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Balakən şəhər sakini Səlimət Layıcovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydalarına riayət etməli olmasına baxmayaraq, qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etdiyi aşkarlanıb. Polis əməkdaşları onu mərkəzi rayon bazarında tərəvəz məhsulları satarkən müəyyən ediblər. Həmin şəxslə profilaktiki söhbətlər aparıldıqdan sonra o, müalicə aldığı evə qaytarılıb.
Vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan S.Layıcova barəsində Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Rubrika.az
Geri qayıt