Əsas Səhifə > Hadisə > Cəbrayılda mülki şəxs minaya düşdü, ayağı amputasiya olundu

Cəbrayılda mülki şəxs minaya düşdü, ayağı amputasiya olundu


29-11-2021, 15:55
Cəbrayılda mülki şəxs minaya düşdü, ayağı amputasiya olundu

..Noyabrın 29-da Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Cəbrayıl rayon Prokurorluğundan bildirilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.


Rubrika.az
Geri qayıt