Əsas Səhifə > Hadisə > Fidanın intihar etməsi barədə rəsmi – Açıqlama
Fidanın intihar etməsi barədə rəsmi – Açıqlama29-11-2021, 17:04 |
|
..Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb. Bu barədə Teleqraf.com-a Yasamal rayon Prokurorluğundan bildirilib. Məlumata görə, noyabrın 27-də, saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. Rubrika.az Geri qayıt |