Əsas Səhifə > Qalmaqal > 18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA
18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA29-11-2021, 17:42 |
![]() "Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb". Bu barədə Yasamal Rayon Prokurorluğundan bildirilib. Qeyd edilib ki, noyabrın 27-də saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olmuşdur. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmışdır. Rubrika.az Geri qayıt |