Əsas Səhifə > Cəmiyyət > 18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA


30-11-2021, 08:51
18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

"Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb".

Bu barədə Yasamal Rayon Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, noyabrın 27-də saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Rubrika.az
Geri qayıt