Əsas Səhifə > Manşet > Dəmir yumruq təkcə düşmənə lazım deyil, çoxlarına gərəkdir...
Dəmir yumruq təkcə düşmənə lazım deyil, çoxlarına gərəkdir...30-11-2021, 22:33 |
|
44 günlük Vətən savaşında qurban gedən şəhidlərin yarası qaysaqlanmamış bu gün helikopter qəzasında 14 yüksək rütbəli zabitimiz həlak oldu. İstənilən ölkə üçün böyük itkidir 14 zabitin həlak olması. Qonşu ölkələr hadisə ilə bağlı başsağlığı göndərdiyi halda rəsmi qurumların susqunluğu,çevik reaksiya verməmələrini qoyuruq bir kənara. Bu axşam ARB kanalında "Həmin Zaur" yayımlanmasaydı, Gülyazla Gülyanaq "Dağlara çən düşəndə" oxumasaydı olmazdımı? ATV-də "Bir qadın" serialının əttökən səhnələri hökmənmi efirə getməliydi? Qəhrəmanlarımıza verdiyimiz dəyər budurmu? Nə tez unutqan olduq,şəhidlərin haqqını verdikmi? Yenədəmi qəhrəmanlıqdan manıslığa yuvarlandıq? Ayıbdır, utancvericidir...Dəmir yumruq təkcə düşmənə lazım deyil, çoxlarına gərəkdir... Nicat Mahmudov Rubrika.Az Geri qayıt |