Əsas Səhifə > Siyasət > Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib
Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib1-12-2021, 14:16 |
|
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 14 nəfərin həlak olduğu hərbi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib. Nazir başsağlığı sözlərini tviter hesabında yazıb: "XİN başçısı bildirib ki, dost qonşu Azərbaycanda faciəvi helikopter qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşılayıb: “Bu kədərli anda Gürcüstan Azərbaycan xalqının yanındadır. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını diləyirəm”. RUBRİKA.AZ Geri qayıt |