Əsas Səhifə > Siyasət > İlham Əliyev Emin Hüseynovu bütün Qarabağ üzrə özünün xüsusi nümayəndəsi təyin etdi

İlham Əliyev Emin Hüseynovu bütün Qarabağ üzrə özünün xüsusi nümayəndəsi təyin etdi


1-12-2021, 17:37
İlham Əliyev Emin Hüseynovu bütün Qarabağ üzrə özünün xüsusi nümayəndəsi təyin etdi

Prezident İlham Əliyev iki sərəncam imzalayıb. İlk sərəncama əsasən, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub. Digər sərəncamla prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan prezidentinin xüsusi nümayəndəsini təyin edib.

İlham Əliyev Emin Hüseynovu bütün Qarabağ üzrə özünün xüsusi nümayəndəsi təyin etdi

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində prezidentinin xüsusi nümayəndəsi olmuş Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan prezidentinin xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub.

RUBRİKA.AZ
Geri qayıt