Əsas Səhifə > Səhiyyə > ABŞ-da "omikron" ştamına ilk yoluxma
ABŞ-da "omikron" ştamına ilk yoluxma2-12-2021, 09:51 |
![]() ABŞ-ın Kaliforniya ştatında koronavirusun yeni "omikron" ştamına yoluxmuş ilk şəxs qeydə alınıb. Bu barədə xarici KİV-lər ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Federal Mərkəzlərinin məlumatlarına istinadən məlumat yayıb. ABŞ-ın baş infeksionisti Antoni Fauçi bildirib ki, noyabrın 22-də Cənubi Afrikadan gələn şəxs özünü təcrid edib, bütün yaxın təmasda olanların testi mənfi çıxıb. Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir. RUBRİKA.AZ Geri qayıt |