Əsas Səhifə > Müsahibə > Əli Əsədovdan bayramı günləri ilə bağlı qərar
Əli Əsədovdan bayramı günləri ilə bağlı qərar2-12-2021, 12:26 |
|
Nazirlər Kabineti 2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib. RUBRİKA.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir. RUBRİKA.AZ Geri qayıt |