Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada 21 nəfər koronavirusdan ölüb - FOTO
Azərbaycanda son sutkada 21 nəfər koronavirusdan ölüb - FOTO2-12-2021, 16:50 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 772 yeni yoluxma faktı qeydə alınıb, 2 103 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7 905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb. Rubrika.Az Geri qayıt |