Əsas Səhifə > Səhiyyə > Türkiyədə bu gün koronavirusdan 187 nəfər dünyasını dəyişdi
Türkiyədə bu gün koronavirusdan 187 nəfər dünyasını dəyişdi7-12-2021, 09:33 |
![]() Türkiyədə son sutkada koronavirusdan 187 nəfər ölüb. Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twitter səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib. Nazirin koronavirusla bağlı yayınladığı bu günkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 354 269 nəfərin test edildiyi, 20 033 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 611 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib. Türkiyədə indiyədək COVID-19-a qarşı birinci,ikinci və üçüncü mərhələ daxil 121 042 428 peyvənd tətbiq edilib ki, bunun 90,86 faizi birinci, 81,68 faizi ikinci mərhələ vaksinasiya olunanlardır. Rubrika.Az Geri qayıt |