Əsas Səhifə > Cəmiyyət > Bakıda 20 yaşlı gənc özünü metroda yandırmaq istəyib

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmaq istəyib


8-12-2021, 10:11
Bakıda 20 yaşlı gənc özünü metroda yandırmaq istəyib

Bakıda 20 yaşlı gənc özünü metroda yandırmağa cəhd edib.

Hadisə ötən gün saat 21 radələrində "Gənclik" metro-stansiyasında qatar hərəkət edərkən baş verib.

2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

RUBRİKAAZ
Geri qayıt