Əsas Səhifə > Cəmiyyət > Toylara görə cərimələnənlərin sayı açıqlandı
Toylara görə cərimələnənlərin sayı açıqlandı8-12-2021, 10:50 |
|
Dekabrın 7-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 135 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 30 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Rubrika.az Geri qayıt |