Əsas Səhifə > Siyasət > "Üç ay ərzində 3 milyon manatdan çox vəsait toplandı" - Fuad Muradov
"Üç ay ərzində 3 milyon manatdan çox vəsait toplandı" - Fuad Muradov8-12-2021, 13:32 |
|
"Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən "YAŞAT" marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız maddi yardıma qoşuldu". Bunu "YAŞAT" Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, marafon yaradılanda tək bir gün üçün 1 milyon manatdan artıq vəsait toplandı və Fonda köçürüldü: "Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplandı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd Dermaton cərrahi aparatı, 92 ədəd İlizarov aparatı və 566 əlil arabası göndərilmişdi". RUBRİKA.AZ Geri qayıt |