Əsas Səhifə > Aktual > Metroda Vətən müharibəsi iştirakçısı intihara cəhd etdi – DİN-dən AÇIQLAMA + YENİLƏNİB
Metroda Vətən müharibəsi iştirakçısı intihara cəhd etdi – DİN-dən AÇIQLAMA + YENİLƏNİB8-12-2021, 13:56 |
|
Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda intihara cəhd hadisəsi ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, Vətən müharibəsi iştirakçısının intihara cəhdinin qarşısı polisin çevik müdaxiləsi ilə alınıb: “Sosial şəbəkə seqmentlərində ona qarşı zorakılıq edilməsi iddiaların səsləndirilməsi manipulyativ məqsəd daşıyır. Qəti olaraq, diqqətə çatdırıram ki, polisə heç cinayətkara qarşı zorakılıq etmək imtiyazı verilmir. O ki qaldı, Vətən müharibəsinin iştirakçısına qarşı ictimai yerdə xoşagəlməz rəftar edilsin. Onlar bizim baş tacımızdır, onlara cəmiyyətdə yüksək rəğbət və ehtiram var. Hadisənin təfərrüatı araşdırılır”. 10:20 Bakıda 20 yaşlı oğlan özünü metroda yandırmağa cəhd edib. APA-nın məlumatına görə, hadisə ötən gün saat 21 radələrində “Gənclik” metrostansiyasında qatar hərəkət edərkən baş verib. 2001-ci il təvəllüdlü Əlisahib Rüstəmov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun bu cəhdinin qarşısı alınıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. Rubrika.Az Geri qayıt |