Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda son sutkada 15 nəfər koronavirusdan vəfat etdi - FOTO
Azərbaycanda son sutkada 15 nəfər koronavirusdan vəfat etdi - FOTO8-12-2021, 17:07 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 1 853 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 599 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 238 nəfər müalicə olunaraq sağalıb, 8 019 nəfər vəfat edib, aktiv xəstə sayı 22 456 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 033, ötən müddət ərzində isə ümumilikdə 5 633 054 test aparılıb. RUBRİKA.AZ Geri qayıt |