Əsas Səhifə > Cəmiyyət > Metroda ölən şəxs BDU-nun müəllimi imiş
Metroda ölən şəxs BDU-nun müəllimi imiş9-12-2021, 11:56 |
|
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev vəfat edib. Bu barədə BDU məlumat yayıb. Bildirilib ki, 72 yaşında dünyasını dəyişən Ə.Babayev 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayıb. 65-dən çox elmi əsərin, iki metodiki vəsaitin müəllifi olub. Azxeber.com-un əldə etdiyi məlumata görə, Əhməd Babayev bu gün səhər metronun "28 May" stansiyasında vəfat edib. RUBRİKA.AZ Geri qayıt |