Əsas Səhifə > İdman > Millimizin yeni baş məşqçisi püşkü dəyərləndirdi, planlardan danışdı
Millimizin yeni baş məşqçisi püşkü dəyərləndirdi, planlardan danışdı10-12-2021, 10:22 |
|
AFFA-nın İcraiyyə Komitəsinin bir neçə gün öncə baş tutan iclasında yığmalarımızla bağlı yeni təyinatlar açıqlandı. Qərara əsasən, U-17-nin baş məşqçisi postuna Elxan Abdullayev təyin olundu. Ötən il U-19-u çalışdıran mütəxəssis indi 17 yaşlılardan ibarət millimizə uğur qazandırmağa çalışacaq. 17 yaşlılar arasında 2023-cü ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkatma mərasimi baş tutub. Püşkün nəticələrinə əsasən, millimiz 2-ci qrupda Bosniya Herseqovina, Ukrayna və Lixtenşteynlə mübarizə aparacaq. Həm püşkatmanın nəticələri, həm də U-17-nin hazırlıq planı ilə əlaqədar Abdullayevin fikirlərini öyrəndik. Məşqçi Qaynarinfo-ya açıqlamasında bunları dedi: "Hələ ki, plan yoxdur. Bilirsiniz ki, planı ilin sonunda hazırlayırıq. Bütün millilərimizin rəqiblərinin müəyyənləşməsini gözləyirik. Koordinatorumuz Miloş Velebit gələndən sonra müzakirələr aparacağıq. Əslində plan var. Amma kiçik nüanslara aydınlıq gəlməlidir. Məsələn, oyunların başlama tarixi müəyyənləşməlidir. Təlim-məşq toplanışı üçün elə yer və zaman seçilməldir ki, digərləri ilə üst-üstə düşməsin. Ona görə də indidən nəsə demək düzgün deyil”. Mütəxəssis artıq həmin yaşa uyğun futbolçuları izlədiklərini də dedi: "Əvvəl 2003 təvəllüdlü uşaqlarla məşğul idim. İndi 2006 təvəllüdlülərlə işləyəcəyəm. İlin əvvəlində təlim-məşq toplanışı və yoldaşlıq görüşləri təşkil etməyi planlaşdırıram. Seleksiya xarakterli hazırlıq təşkil etmək istəyirəm ki, futbolçuları şəxsən izləyəm. Düzdür, Miloş komandanı Dubaya təlim-məşq toplanışına aparmışdı. Orada keçirilən oyunları izlədim. Yenə də hansı vəziyyətdə olduqlarını öyrənmək üçün çağırıb yoxlamaq istəyirəm”. Avropa çempionatının ilkin seçmə mərhələsi haqda danışan Abdullyev rəqibləri analiz edəcəklərini bildirdi: "Bilirsiniz ki, beynəlxalq oyunlara ilk olaraq U-17-lər başlayır. Daha aşağı yaş qruplarında isə rəsmi turnir deyil, yoldaşlıq görüşləri olur. Rəqiblərimizin kimliyi haqda dünən bildik. Analiz etməyə başlamışıq. Məlumatları toplamağa çalışırıq, görək kim harada, necə oynayır. Bütün materialları toplayacağıq. Yəqin ki, tsikl başlayana qədər yoldaşlıq görüşləri keçirəcəklər. Heç vaxt rəqibləri adına görə qiymətləndirmirəm, bu düzgün deyil. Bilirsiniz ki, yaş qrupları çox fərqlidirlər. Məsələn, keçən il Lüksemburq qrupda birinci oldu. Ad baxımından Belçika və Norveç daha güclü idi. Yəni, ad böyük rol oynamır. Dünyada 4-5 yığma var ki, həmişə stabil oynayırlar və yüksək zirvələrdə oturublar. Analiz etmək lazımdır, sonra sualınıza cavab verə bilərəm. Adına görə hər biri güclüdür. Məsələn, Bosniya və Hersoqovina birinci səbətdən seçilibsə, deməli, güclüdür. Eləcə də Ukrayna B səbətindən gəlibsə, deməli, bizdən üstündür. İndidən nəsə demək peşəkarlıq baxımından düzgün olmaz. Hələ analiz etməmişəm”. "Taktika, oyun üslubu baxımından yeniliklər gözlənilirmi” sualına baş məşqçi belə cavab verdi: "Ümumi taktiki gedişlər, oyun prinsipləri var. Bütün millilərimiz eyni sistemlə işləyir. Yeni nəsə yoxdur. Yenə də fərqlilik ola bilər. Biz bilməiyik ki, yaş qrupunun üstün və ya zəif tərəfləri hansılardır. Müəyyən düzəlişlər mümkündür. Ümumilikdə eyni sxemlə çalışırıq”. RUBRIKA.AZ Geri qayıt |