Əsas Səhifə > Aktual > 26 yaşlı hərbçimiz vəfat etdi SON DƏQİQƏ
26 yaşlı hərbçimiz vəfat etdi SON DƏQİQƏ10-12-2021, 12:12 |
![]() Dekabrın 10-da saat 10:30 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1995-ci il təvəllüdlü baş çavuş Məmmədzadə Pərviz Baba oğlunun xidmət etdiyi hərbi hissədə ilkin ehtimala görə ürək tutmasından halı pisləşib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Onun dərhal Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılması üzrə zəruri tədbirlərin görülməsinə baxmayaraq hərbi qulluqçu yolda dünyasını dəyişmişdir. Hazırda baş çavuş P.Məmmədzadənin ölüm səbəbinin araşdırlması üzrə müvafiq tədbirlər həyata keçirilir. DSX rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Rubrika.az Geri qayıt |