Əsas Səhifə > Cəmiyyət > Oğuzda ağır yol qəzası - Yaralılar var
Oğuzda ağır yol qəzası - Yaralılar var13-12-2021, 09:15 |
![]() Oğuzda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Kia" və VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 2 nəfər müxtəlif xəsarətlər alıb, avtomobillər yararsız hala düşüb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. RUBRIKA.AZ Geri qayıt |