Əsas Səhifə > Cəmiyyət > Bakıda ən çox yoluxma bu rayondadır
Bakıda ən çox yoluxma bu rayondadır13-12-2021, 17:20 |
|
Paytaxt üzrə koronavirusa yoluxma ən yüksək göstərici yenidən Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,5 %-i bu rayonun payına düşür. Rubrika.Az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib. Sonrakı yerlərdə 13,5 %-lə Xətai, 11,8 %-lə Sabunçu, 11,7 % Yasamal, 8,5 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi və Xəzər, 7,1 %-lə Nizami, 4,9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb. Ölkədə virusa yoluxanların 49,9 %-i Bakının payına düşür. Yoluxma göstəricisi Abşeronda 13,7 %, Aranda 13,6 %, Gəncə-Qazaxda 8,1 %, Şəki-Zaqatalada və Quba-Xaçmazda 3,8 %, Lənkəranda 2,6 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,7 %, Naxçıvan Muxtar Respublikasında 0,6 %-dir. Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir. Rubrika.Az Geri qayıt |