Əsas Səhifə > Cəmiyyət > “Keyfiyyətsiz ətləri bazara dönər hazırlayan şirkətlər çıxarırlar” - Eyyub Hüseynov

“Keyfiyyətsiz ətləri bazara dönər hazırlayan şirkətlər çıxarırlar” - Eyyub Hüseynov


14-12-2021, 09:16
“Keyfiyyətsiz ətləri bazara dönər hazırlayan şirkətlər çıxarırlar” - Eyyub Hüseynov

Dönərxanaların qida təhlükəsizliyi probleminə çevrilməsində başqa hansı səbəblər var?..

Azad İstehlakçılar Birliyinin sədri: “Mən Qida Təhlükəsizliyi Agentliyinin işini davamlı olaraq tənqid edirəm. Onların dönərxanalarla bağlı işi çox yarıtmazdır”.

“Ölkədə olan 15 min dönərxananın heç bir faizi düzgün, standartlara uyğun qida üçün yararlı olan ətlərdən istifadə etmir”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün dönərdən zəhərlənmənin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib. Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu açıqlamasında bildirib ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.

Bilirik Bakıda çoxlu sayda dönərxanalar var ki, qida təhlükəsizliyi standartlarına heç cavab vermir və bəzən də açıq antisanitariya, xəstəlik və mənbəyi kimi çıxış edir. Bu dönərxanalarda insanların zəhərlənməsi də təbiidir. Bəs insanların qida təhlükəsizliyi üçün birbaşa məsuliyyət daşıyan AQTA-nın bu yöndəki fəaliyyəti nə qədər qənaətbəxşdir və dönərxanaların qida təhlükəsizliyi probleminə çevrilməsində başqa hansı səəbəblər var?

Mövzunu PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.


Eyyub Hüseynov: “Dönər hazırlayan şirkətlər standartdan kənar ətlərdən istifadə edirlər və insanların təhlükəsiz qidalanma haqqlarına məsuliyyətsiz yanaşırlar. Onlar hətta insanların zəhərlənməsinə də seyrçi qalırlar”.

Dönərxanalara keyfiyyətsiz ətin dönər hazırlayan şirkətlərin əli ilə yol tapdığını bildirən Eyyub Hüseynov PİA.az-a açıqlamasında qeyd edib ki, bu məsələlər biznes qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin birgə dəstəyi ilə həll olunmalıdır:

“Neçə illərdir ki, Azad İstehlakçılar Birliyi dönərxanalarla bağlı monitorinqlər aparır. Biz bu məsələdə vəziyyətin pis olduğunu cəmiyyətə və dövlət orqanlarına çatdırırıq. Təsadüfü deyil ki, Azad İstehlakçılar Birliyinin sədri olaraq mən Qida Təhlükəsizliyi Agentliyinin yanında ictimai şuranın üzvü olmaqla keçən həftə keçirilən iclasda dönərxanaların məsələsini bir daha qaldırdım. Mən bu məsələnin həll edilməsinin vacib olduğunu bildirirdim. Çox təəsüflər olsun ki, həmin şurada iştirak edən və dövlətin icazə verdiyi iki müəssisədın birinin sahibi olan Aztraten Fud şirkətinin direktoru orada olduğu halda məsələyə susqunluq nümayiş etdirdi.

Bir daha qeyd edim ki, dövlət iki müəssisəyə dönərin hazırlanmasını tapşırıb. Yəni heyvana məxsus olan bütün bakteriyalar həmin müəssisələrdə öldürüləndən sonra xüsüsi avtomobillərlə dönərxanalara çatdırılmalıdır. Bunun biri Aztraten Fud, biri isə Səhiyalı şirkətidir. Bu şirkətlərdə xüsusi bahalı avadanlıq var. Lakin dönərxanaların heç bir faizi də oradan dönər almır və bu şirkət bazarın tənzimlənməsi üçün heç bir iş görmür.

Bu məsələ çox ciddi məsələdir. Mən Qida Təhlükəsizliyi Agentliyinin işini davamlı olaraq tənqid edirəm. Onların dönərxanalarla bağlı işi çox yarıtmazdır. Dönərxanalar insanların, xüsusən gənclərin zəhərlənmə, mədə-bağırsaq xəstəliyinə tutulma mənbəyinə çevrilib. Ölkədə ən təhlükəli ətlər dönərxanalara istifadə ounur. Dəfərlərlə Daxili İşlər Nazirliyinin yanında Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi murdar olmuş heyvanın kəsilmələrini ifşa edib.

Eyyub Hüseynov: “Mən Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə təklif etmişəm ki, ənənəvi dönərxanalar açılsın. Oraya da xüsusi yerdən dönərlər gətirilsin. Biz də əhalini təhlükəsiz dönərlərə tərəf döndərək. Təhlükəli dönərlər də sıradan çıxsın. Lakin buna heç kəs dəstək vermir”.

Ölkədə olan 15 min dönərxananın heç bir faizi düzgün, standartlara uyğun qida üçün yararlı olan ətlərdən istifadə etmir. Bildiyimiz kimi dövlət orqanları tərəfindən dönərxanalara standartlar hazırlanıb. Amma bu standartlara əməl olunmur. Birmənalı şəkildə - 40 dərəcə qızmadan keçmiş dönərlərdən başqa bütün dönərlər təhlükəli və qorxuludur.

Mən Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə təklif etmişəm ki, ənənəvi dönərxanalar açılsın. Oraya da xüsusi yerdən dönərlər gətirilsin. Biz də əhalini təhlükəsiz dönərlərə tərəf döndərək. Təhlükəli dönərlər də sıradan çıxsın. Lakin buna heç kəs dəstək vermir. Xüsusən dönər hazırlayan şirkətlər seyrçi mövqe tutur. Onlar hətta insanların zəhərlənməsinə də seyrçi qalırlar. Hesab edirəm ki, dönərxanalara keyfiyyətsiz ət dönər hazırlayan şirkətlərin yol tapır və zəhərlənmnəyə görə də dönərxanalar deyil, dönər hazırlayan şirkətlər məsuliyyət daşıyırlar. Çünki keyfiyyətsiz ətləri bazara dönər hazırlayan şirkətlər çıxarırlar.

Bu məsələlər biznes qurumlarının, Qida Təhlükəsizliyi Agentliyinin, ictimai təşkilatların və kütləvi informasiya vasitələrinin birgə dəstəyi ilə həll olunmalıdır. İnsanlar təhlükəli dönərlərdən uzaq olmalıdır. 28 Mol yaxınlığında çoxlu sayda tələbələr var. Orada da çox təhlükəli dönərlərdən satırlar. Düşürəm ki, hökumət orqanları orada ciddi şəkildə iş aparılmalıdır. Lazım gəlsə, bir sıra dönərxanalar bağlanmalıdır”.

Rubrika.Az


Geri qayıt