Əsas Səhifə > Dünya > Liviya Rusiyanın planını ifşa etdi: “Ərazilərimizi ələ keçirməyə çalışırlar”
Liviya Rusiyanın planını ifşa etdi: “Ərazilərimizi ələ keçirməyə çalışırlar”14-12-2021, 14:46 |
![]() Rubrika.Az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Liviya Dövlət Ali Şurasının sədri Xalid əl Mişri Rusiyanın Çad dövlətindən Aralıq dənizinə qədər Liviyanın orta hissəsini ələ keçirməyə çalışdığını bildirib. Xalid əl Mişri Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdlularının Mərkəzi Afrika Respublikasında öz adamlarını hakimiyyətə gətirdikdən sonra Çaddan Aralıq dənizinə qədər ərazidə Liviyanın orta hissəsini ələ keçirməyə çalışdığını, ölkədə “Vaqner” rus şirkətinin 7 min nəfərdən artıq muzdlu hərbçilərinin olduğunu söyləyib. Mişri ictimai fəallar və jurnalistlərlə görüşü zamanı Rusiyanın Şimali Afrikada Liviya ərazilərinə sahiblənmək niyyətində olduğunu bildirib: “Hazırda Liviyada 7 min nəfərdən artıq “Vaqner” hərbçisi var. Onların təyyarələri də var. “Vaqner” üzvləri Sirte və Cufrada xəndəklər qazırlar. Ən böyük hava bazalarından biri olan Qardabiya (Sirtedə mülki aeroport kimi də istifadə edilir) və Cufra hava bazalarında 30 ədəd reaktiv təyyarələri var”. 2019-cu ildən bəri “Vaqner” muzdlları Liviyaya yerləşiblər. Onlar Sirte şəhərindəki hava bazasından və ölkənin mərkəzi hissəsindəki Cufra rayonundakı hava bazasından da istifadə edirlər. Rubrika.Az Geri qayıt |