Əsas Səhifə > Aktual, Cəmiyyət > Mülayim şimal-qərb küləyi əsəcək - Belə deyirlər..
Mülayim şimal-qərb küləyi əsəcək - Belə deyirlər..17-12-2021, 14:53 |
![]() Dekabrın 18-ə gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə ETSN-dən verilən məlumatda bildirilir. Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. Tibbi-meteoroloji proqnoz Dekabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Azərbaycanın rayonlarında Bəzi yerlərdə yağış gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. Rubrika.Az Geri qayıt |