Əsas Səhifə > İdman > AFFA yeni bukmeyker şirkəti ilə müqavilə bağlayır

AFFA yeni bukmeyker şirkəti ilə müqavilə bağlayır


17-12-2021, 17:20
AFFA yeni bukmeyker şirkəti ilə müqavilə bağlayır

2022-ci ildə AFFA ilə Türkiyənin "Misli.com” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Rubrika.Az-ın məlumatına görə, bu barədə milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Klublar Komitəsinin iclasında açıqlama verib.

Funksioner bu sözləşmənin ümumilikdə Azərbaycan futbolu və klubları üçün maliyyə məsələləri baxımından faydalı olacağını bildirib.

Qeyd edək ki, "Misli.com" şirkəti 2019-cu ildən Demirören Holdinqin tərkibinə daxil edilib və son 2 ildə Türkiyənin ən sürətlə böyüyən qanuni mərc saytına çevrilib. Hazırda 2 milyon üzvü var.

Rubrika.Az
Geri qayıt